waplog

Təyyarənin bortunda “Wi-Fi” sürətli olacaq


Alimlər uçuşlar zamanı yüksək keyfiyyətli rabitə üçün “Wi-Fi” hazırlayırlar. Karlsruye Texnologiya İnstitutunun (KTİ) alimləri ilk dəfə olaraq Yer ilə təyyarələr arasında saniyədə 8 Qbit sürətlə siqnal göndərilməsinə  müvəffəq olublar.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, bu, gələcəkdə hava sərnişinlərinin internetdən rahat istifadə etməsinə imkan verəcək. Yerlə hava arasında genişzolaqlı qoşulmanın təmin edilməsi üçün 71-dən 76 QHs-dək radiotezlik diapazonundan istifadə olunur. Bu kanal, hətta böyük tutumlu videoları yükləməyə və izləməyə imkan verəcək.

Simsiz məlumatların ötürülməsi sürətlə inkişaf edir: Elon Maskın qlobal peyk internet şəbəkəsinin qurulması üzrə layihəsini xatırlamaq kifayətdir. Uçuş zamanı sürətli internetə giriş son dərəcə aktual problemdir.

KTİ tərəfindən təklif edilən texnologiya perspektivli görünür: sınaq uçuşu zamanı təyyarə 7 km-dən uzaq məsafədə yerləşən qəbuledicidən siqnalı tutub. Genişzolaqlı qoşulma 3 dəqiqə ərzində sabit olub. Bu vaxt ərzində buludlu hava, yağış və duman olmasına baxmayaraq, 180 QB-lıq məlumatı göndərmək mümkün olub.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL