“Xiaomi Redmi 6 Pro” və “Mi Pad 4” qurğuları rəsmən təqdim olunub
“Xiaomi” şirkəti 2 həftə əvvəl orta qiymət kateqoriyasına məxsus “Redmi 6” və ucuz “Redmi 6A” smartfonlarını təqdim etmişdi. İndi isə şirkət “Redmi 6 Pro” adlı qabaqcıl smartfonunu nümayiş etdirib. Bu smartfon “FHD+” təsvir ölçülü 5,84 düymlük ekranla təchiz edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, smartfon şaquli vəziyyətdə yerləşmiş 12 və 5 meqapiksellik ikiqat kamera ilə təchiz edilib, iki sensor işıq diodu işıqlandırıcısı ilə bir-birindən ayrılır. Bu halda 2 il əvvəl təqdim edilmiş “Qualcomm Snapdragon 625” prosessorunun sifətin köməyi ilə qurğunun blokdan çıxarılması və kameranın intellektual funksiyaları üçün əlverişli olacağı şübhə doğurur.
Həmçinin Çin şirkəti yeni “Snapdragon 660” prosessoru və 8 düymlük ekranla təchiz edilmiş və “Android” sisteminin idarəetməsi altında işləyən “Mi Pad 4” planşetini təqdim edib. Planşet hər hansı qeyri-adi xüsusiyyətə malik deyil. Əsas kameranın təsvir ölçüsü 13 meqapiksel, ön kamerada isə 5 meqapikseldir. Planşet 6000 milliamper/saat tutumlu akkumulyator, LTE moduluna malikdir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL