Avropa Birliyi kibertəhdidlərə qarşı çevik reaksiya qüvvələri yaratmağı planlaşdırır
Litvanın müdafiə naziri Raymundas Karoblis deyib ki, Litva tərəfi daimi strukturlaşmış əməkdaşlıq çərçivəsində kibertəhdidlərə qarşı çevik reaksiya qüvvələri yaratmağı təklif edib.
“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, Avropa Birliyinin bir sıra üzv ölkələri tərəfindən imzalanacaq bəyannamədə Avropada kibertəhdidlərə qarşı çevik reaksiya qüvvələrinin, həmçinin birgə dəstək mexanizminin yaradılması haqda deyilir.
"Sözügedən bəyannaməni Estoniya, Xorvatiya, Rumıniya, Litva, İspaniya və Niderland dövlətləri imzalayacaq" – Karoblis deyib.
O, həmçinin bildirib ki, Avropa Birliyinin bəzi başqa ölkələri, həmçinin bəyannaməni imzalamadan layihədə iştirak edəcəklər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL