waplog

“Texas İnstruments” şirkətinin xalis mənfəəti 30% azalıb


Amerikanın “Texas İnstruments” şirkətinin mənfəəti 2011-ci ilin 3-cü rübündə 30% azalıb. Dünyada ən böyük analoq mikrosxemləri istehsalçısı bu vəziyyəti məhsullarına azalmış tələbatla izah edir və 2011-ci ilin son rübündə də bazarda vəziyyətinin yaxşı olmayacağından ehtiyat edir.

Rüblük hesabata əsasən, “Texas İnstruments” şirkətinin mənfəəti 601 milyon dollar təşkil edib. Qeyd edək ki, bu göstərici 1 il əvvəl 859 milyon dollar olub. Şirkətin mədaxili 7,3% azalmış və 3,47 milyard dollar təşkil edib.

Rüblük hesabata həsr edilmiş mətbuat konfransı zamanı “Texas İnstruments” şirkətinin investorlarla əlaqə üzrə vitse-prezidenti Ron Sleymeyker bildirib ki, şirkət 4-cü rübdə orta nəticələr gözləyir, lakin qeyd edib ki, çox şey dünyadakı ümumi iqtisadi vəziyyətdən asılı olacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL