waplog

17 il bundan əvvəl təqdim edilmiş “Windows XP” sisteminin bazar payı yüksəlib


“NetMarketShare” analitik xidmətinin məlumatına görə, təxminən 17 il bundan əvvəl təqdim edilmiş “Windows XP” əməliyyat sisteminin bazar payı yüksəlib.

2018-ci ilin mayına olan məlumata görə, dünyadakı masaüstü və noutbukların 5,04%-i “Windows XP” sisteminin idarəetməsi altında işləyir. Apreldə bu göstərici 4,36% olub. Ümumilikdə “Windows XP” platformasının populyarlığı azalmağa doğru gedir, ancaq bununla belə bəzi aylarda sistemin populyarlıq göstəricisi yüksəlir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “NetMarketShare” xidmətinin məlumatına görə, “Windows 7” platforması masaüstü və noutbuklar üçün ən populyar əməliyyat sistemi olaraq qalır. Mayda sözügedən sistemin bazar payı 41,8% təşkil edib.

2018-ci ilin iyununda “Microsoft”un nümayəndəsi 700 milyon qurğunun “Windows 10” sisteminin idarəetməsi altında işlədiyini bildirmişdi. Qeyd edək ki, sözügedən platforma 2015-ci il iyulun sonunda təqdim edilib. “Microsoft” şirkəti 2018-ci ilədək “Windows 10” sisteminin idarəetməsi altında işləyən qurğuların sayının 1 milyarda çatacağını proqnozlaşdırsa da,  sonradan bunun mümkün olmadığını etiraf etmişdi.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL