waplog

Smartfon xarab əti müəyyənləşdirməkdə kömək edəcək


İndiyədək məişətdə ətin təzə olmasını müəyyənləşdirmək üçün əsas “alət” iybilmə qabiliyyətidir. Ancaq müxtəlif insanlarda iybilmə qabiliyyəti fərqlənir və zəhərlənmə yarada bilən ət tikəsi dərhal kifayət qədər güclü qoxu yaymır. Bu problemin öyrənilməsi ilə məşğul olan Çin və ABŞ-dan olan alimlər smartfon və xüsusi datçikin köməyi ilə ətin təzə olmasını müəyyənləşdirməyi təklif ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, Nankin Universiteti və Texas Universitetinin alimləri biogen aminlərə (çürümə prosesində ayrılan və xoşagəlməz iy yayan orqanik maddələr) qarşı həssas olan keçirici polimerdən sensor hazırlayıblar. Alimlər bu sensoru NFC nişanları ilə birləşdiriblər. Nəticədə NFC moduluna malik smartfonun köməyi ilə ətin təzə olması haqda məlumatları əldə etmək mümkündür.

Hazırda alimlər yeni texnologiyanı kommersiyalaşdırmağa ümid edirlər. Onlar sensora malik nişanları içərisində ət olan qablaşdırmaların daxilində yerləşdirməyi təklif edirlər ki, mağaza əməkdaşları və alıcılar ətin təzə olmasını asanlıqla və daha dəqiq müəyyənləşdirə bilsinlər.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL