waplog

128 TB məlumatı yadda saxlayan yeni standart təqdim olunub


“SD Association” tərəfindən təqdim edilmiş “SD Express” yaddaş kartı standartı “PCIe” və “NVMe” interfeyslərini dəstəkləyəcək və bu, məlumat mübadiləsinin sürətini saniyədə 1 QB-dək artırmağa imkan verəcək. Bundan başqa, assosiasiya 128 TB-dək məlumatı yadda saxlayan “SDUC” standartını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “SD” formatı istehlak qurğularında istifadə olunan ən populyar yaddaş kartı formatıdır. Bir qayda olaraq, bu kartlar kameralar, dronlar və başqa qurğular üçün çıxarılıb-taxılan məlumat saxlama anbarı kimi istifadə olunur.

“PCIe” interfeysinin dəstəyi nəticəsində yeni yaddaş kartları məlumatları saniyədə 984,6 MB-dək sürətlə ötürə biləcək. Bundan başqa, bu interfeysin tətbiqi kompüterin komponentlərinə mərkəzi prosessorun iştirakı olmadan yaddaşa müraciət etməyə imkan verəcək.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL