waplog

Ötən ilin dördüncü rübündə smartfonların satışında ilk dəfə azalma qeydə alınıb


Smartfonlar bazarında aparılan müşahidələr tarixində ilk dəfə rüb ərzində satılan qurğuların satışında azalma qeydə alınıb. 2017-ci ilin dördüncü rübündə dünyada 408 milyon smartfon satılıb. Bu, 2016-cı ilin analoji dövründən 5,6 faiz azdır. Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, şirkət analitiklər tərəfindən bu iki amillə izah edilir. Birincisi, satışda ən aşağı qiymət diapazonlu keyfiyyətli smartfonların olmamasına görə istifadəçilər ənənəvi keyfiyyətli mobil telefonlar almağa üstünlük verirlər. İkincisi, smartfon istifadəçiləri yüksəksəviyyəli modellər seçir və uzun müddət onları əvəz etmirlər. Halbuki keyfiyyətə, “4G” rabitəsinin dəstəklənməsinə və geniş imkanlara malik kameralara tələbat yüksək olaraq qalır, yeni modellər isə alıcıların gözləntilərinə uyğun gəlmir.  

Qiymətləndirməyə görə, “Samsung” şirkəti satış həcminin 3,6 faiz azalmasına baxmayaraq smartfon istehsalçıları arasında birinciliyi qoruyub. Cənubi Koreya istehsalçısı 74,03 milyon (bazarın 18,2 faizi), ikinci yeri tutan “Apple” şirkəti isə 73,18 milyon (17,9 faiz) smartfon satıb. “iPhone” smartfonlarının satışı “iPhone X” modelinin “iPhone 8” ilə müqayisədə nisbətən gec buraxılması və ilkin komponent çatışmazlığı səbəbindən 5 faiz azalıb. Analitiklərin fikrincə, 2018-ci ilin birinci rübündə vəziyyət dəyişə bilər.

Dördüncü rübdə yalnız “Huawei” və “Xiaomi” şirkətləri satış həcmini müvafiq olaraq 7,6 və 7,9 faiz artırmağa nail olublar.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL