waplog

“NASA” kosmosa gəmiricilər göndərib


Göyərtəsində 20 laboratoriya siçanının olduğu “SpaceX Dragon” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya uçub. Gəmiricilər kosmik stansiyaya kosmosda qalmanın Yer kürəsi əhalisinin yuxu və həzminə təsiri ilə bağlı aparılan tədqiqat çərçivəsində göndəriliblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, ABŞ Kosmik Agentliyi (NASA) tərəfindən keçirilən tədqiqata Şimal-Qərb Universitetinin neyrobioloqları rəhbərlik edirlər. Alimlərin planı ondan ibarətdir ki, 10 siçan 3 ay ərzində kosmosda olacaq, digər 10-u isə 30 gündən sonra Yerə yola salınacaq. Doxsan gün insan üçün uzun görünsə də, bunu siçanlara şamil etmək olmaz. Çünki onlarda fizioloji proseslər insandan daha tez gedir.

Məlumata görə, eyni zamanda 20 əkiz siçan – genetik baxımdan Beynəlxalq Kosmik Stansiyaya göndərilən gəmiricilər Yerdə olacaq. Əkizlər siçanların Beynəlxalq Kosmik Stansiyada məruz qaldığı şəraiti təkrarlayan xüsusi “NASA” simulyatorunda yaşayacaq. Beynəlxalq Kosmik Stansiyadakı astronavtlar və Yerdəki alimlər hər iki həftədə bir dəfə olmaqla bütün siçanlardan analiz götürərək onları müqayisə edəcəklər. Onlar, həmçinin “kosmonavt” siçanların Yerdə olanlara nisbətən bədənlərində baş verən dəyişiklikləri izləyəcəklər.

Eksperiment alimlərə kosmosda olmanın siçanların fiziologiyası və davranışında dəyişiklikləri müşahidə etməyə imkan verəcək. Ekspertlər ümid edir ki, gəmiricilərin fizioloji dəyişiklikləri barədə istənilən informasiya astronavtların və Yer kürəsi əhalisinin gələcək müalicə metodlarına kömək edəcək.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL