waplog

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Azərbaycanın mədəni irsinin mənimsənilməsi faktlarını tanıyıb


Azərbaycanın Müəllif Hüquqları Agentliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) ermənilər tərəfindən müəllif hüquqlarının pozulması faktları barədə müntəzəm şəkildə məlumatlandırır. Bu barədə jurnalistlərə agentliyin rəhbəri Kamran İmanov bildirib.

Onun sözlərinə görə, ermənilər artıq 200 il ərzində Azərbaycanın mədəni irsini özününkü kimi təqdim etməklə mənimsəyir və bu proses indiyədək davam edir. "Bu ilin yayında biz ÜƏMT rəhbərinin adına məktub göndərdik.

Məktubda bizim mədəni irsimizin ermənilər tərəfindən mənimsənilməsi faktlarını konkret olaraq sadaladıq. Sentyabrda aldığımız cavabda Azərbaycanın Müəllif Hüquqları Agentliyinin bu təşkilatla əməkdaşlığının vacibliyi və Agentliyin təqdim etdiyi faktların diqqətə alınacağı qeyd olunub", - İmanov deyib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL