waplog

Xərçəngin diaqnozlaşdırılması üçün qeyri-adi üsul kəşf edilib


Dyuk və Nanyan universitetlərinin və Massaçusets Texnologiya İnstitutunun alimlər qrupu xərçəngin diaqnozlaşdırılması üçün yeni metod kəşf edib. Belə ki, mütəxəssislər səs dalğaları vasitəsilə xəstəliyə yoluxmuş hüceyrələri aşkarlamaq niyyətindədirlər.  

“ICTnews” Elektron Xəbər Xidməti “M24” resursuna istinadən yazır ki, xəstə hüceyrələr sağlamlardan daha böyük olur. Xüsusi tezlikli səs dalğaları onları aşkarlayır və növbəti analiz üçün müəyyən nöqtədə toplayır.  

Alimlərin sözlərinə görə, hazırda xərçəngin diaqnozlaşdırılması üçün əsas metod biopsiya olaraq qalır. Lakin biopsiya səsli diaqnozlaşdırma ilə müqayisədə daha ağrılı və az effektivdir.

Bildirilir ki, xüsusi tezliyə malik səs dalğaları qan damarlarından keçir, dövr edən yoluxmuş hüceyrələrdən uzaqlaşır və geri dönürlər. Bu zaman xəstə cihazlara qoşulu vəziyyətdə olur.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL