Ən çox satılan smartfonlar açıqlanıb
“Apple” şirkəti aktiv reklam sayəsində smartfonların satış həcminə görə liderliyini bərpa edib. Bu barədə “Counterpoint” şirkətinin tədqiqatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkət analitiklərinin hesablamalarına görə, 2018-ci ilin mayında dünyada satılan smartfonların 2,4 faizi “Apple iPhone 8” modelinin payına düşüb. “Samsung Galaxy S9 Plus” smartfonu da aktivində eyni pay göstəricisinə malikdir, lakin Cənubi Koreya şirkətinin modeli satış həcminə görə cüzi geri qalıb.
“Apple iPhone X” smartfonu 2,3 faiz nəticə ilə liderlər üçlüyünə daxil olub. İlk beşlikdə, həmçinin “Xiaomi Redmi 5A” (2,2 faiz) və “Apple iPhone 8 Plus” (2,1 faiz) modelləri yer alıb. Cari ilin sonuncu yaz ayının yekunları üzrə ən populyar smartfonlar siyahısının sonrakı pillələrində “Samsung Galaxy S9” (2,1 faiz), “Huawei P20 Lite” (1,4 faiz), “Vivo X21” (1,4 faiz), “Xiaomi Redmi 5 Plus/Note 5” (1,3 faiz) və “Oppo A83” (1,2 faiz) yer alıb.
Tədqiqatda qeyd olunur ki, “iPhone 8” Rusiyada futbol üzrə Dünya Çempionatı ərəfəsində işə salınan reklam sayəsində dünyada ən populyar smartfon olub. Reklam modelə Avropada və bir sıra digər bazarlarda maraq oyadıb. Bundan başqa, ABŞ-da qurğuya tələbat stabil olub.
“Samsung Galaxy S9 Plus” 2018-ci ilin aprelində satış həcminə görə birinci yeri tutub. Mayda model Avropada mövqeyini nisbətən itirməsi səbəbindən ikinci pilləyə enib.
“Xiaomi” şirkəti Çin və Hindistan bazarlarında satışları genişləndirir. Şirkətin “Xiaomi 5A” və “Xiaomi 5 Plus” seriyalı telefonları, eləcə də ucuz qurğuları yaxşı satılır. Yeni “Xiaomi 8” yaxın aylarda ən çox satılan model ola bilər.
Ekspertlərin sözlərinə görə, bütün “Huawei P20” seriyaları nəzərə alınmaqla mayda onun dünyada satılan smartfonların satışında payı 2,6 faiz təşkil edib. Lakin bu seriyadan yalnız bir model – “P20 Lite” ən yaxşılar onluğuna daxil olub.
“Vivo X21” smartfonu displeyə quraşdırılan barmaq izi skaneri sayəsində yüksək satış dinamikası nümayiş etdirir. İstehsalçı bu funksiya, eləcə də cəlbedici dizayn üzərində reklam kampaniyasını qurur.
Davamlı promo aksiyaları və qiymətlərin ucuzlaşması “Oppo A83” modelinə yüksək satış həcmini qorumağa kömək edib. Həmçinin “Oppo R15” və “R15 Dream Mirror Edition” modellərinə yerli Çin bazarında tələbat böyük olub.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL