waplog

Mobil əlavələr smartfon ekranlarının şəklini çəkir


ABŞ alimləri “Android” əməliyyat sistemi üçün bir sıra əlavələrin gizlicə smartfon ekranlarının fotoşəkil və videolarını çəkərək bu məlumatları üçüncü şəxslərə göndərməsini müəyyənləşdiriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, Bostonun özəl Şimal-Şərq Universitetinin alimlər qrupu eksperiment keçirərək mobil proqramlar tərəfindən istifadəçi danışıqlarının gizlicə qeydə alınmasını müəyyənləşdirməyə çalışıb. Onlar il ərzində 17 min populyar “Android” əlavəsini, o cümlədən “Facebook” sosial şəbəkəsinə aid olanları və ona məlumat göndərənləri tədqiq ediblər. Tədqiqat zamanı alimlər qrupu 10 müxtəlif qurğudan istifadə edib.

Alimlər tərəfindən əlavələrin gizlicə mikrofonu işə salaraq səs göndərməsi faktı aşkarlanmayıb. Lakin onlar müşahidə ediblər ki, bəzi əlavələr istifadəçilərin telefonda etdiklərinin fotoşəkil və videosunu çəkir və məlumatları üçüncü şəxslərə göndərir. Bəzi hallarda videoqurğuya daxil edilən fərdi informasiyaya aid olub.

Tədqiqatçılar qeyd edir ki, istifadəçilər onların telefonda etdiklərinin qeydə alınması barədə məlumatsız olublar, çünki bu, əlavələrin məxfilik siyasətində göstərilməyib.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL