waplog

Yırğalanma əleyhinə eynək yaradılıb


Fransanın “Citroen” şirkəti yırğalanma əleyhinə “Seetroen” adlı ilk eynək təqdim edib. Eynək sadə texnologiyanın tətbiqi sayəsində dəniz xəstəliyi ilə əlaqədar problemi aradan qaldırır.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, istehsalçı tərəfindən eynək dənizçilər üçün nəzərdə tutulan “boarding ring” texnologiyası əsasında yaradılıb. Dairəvi çərçivəyə malik eynəkdə yırğalanma ilə bağlı problemi aradan qaldırmağa kömək edən rəngli maye axır: gözlər horizontal xətti görür. Bu, beyində siqnallar konfliktinin qarşısını almağa imkan verəcək.

İstifadəçinin halı pisləşəndə eynəyi taxa və bir neçə dəqiqədən sonra gözlərini vestibülyar aparatla sinxronlaşdıra biləcək.

“Seetroen” qurğusunu istehsalçının internet mağazasında 99 avroya əldə etmək mümkündür.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL