waplog

Yaponiyada elektrik aviasiyası inkişaf etdiriləcək


Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (Japan Aerospace eXploration Agency - JAXA) əsas vəzifəsi ölkədə elektrik aviasiyasının inkişafı olacaq yerli şirkət və idarələrdən ibarət konsorsium yaradıb.

“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, agentliyin məlumatına görə, konsorsium müxtəlif şirkətlərin elektriklə işləyən təyyarələrin yaradılması ilə bağlı təkliflərini qəbul edəcək, eləcə də perspektiv avianəqliyyatda istifadə olunacaq yeni texnologiyalar hazırlayaraq sınaqdan keçirəcək. Konsorsiumun fəaliyyəti üzrə ilk nəticələrin dekabrda təqdim ediləcəyi gözlənilir.

“ECLAIR” adlanan konsorsiumun tərkibinə “IHI Corporation”, “Kawasaki Heavy Industries”, “Subaru”, “Hitachi”, “Mitsubishi Heavy Industries Aero Engines” və “Mitsubishi Electric Corporation” şirkətləri, eləcə də İqtisadiyyat, Nəqliyyat və Sənaye Nazirliyi daxildir. Konsorsium nazirliklə birlikdə elektrik uçan aparatların sertifikasiyası və istismarı üzrə qaydaların hazırlanması ilə məşğul olacaq. Konsorsiumun fəaliyyəti Yaponiyanın regional avidaşıyıcılarının elektrik təyyarələrdən istifadəyə keçidinin sürətləndirilməsinə xidmət edəcək.  

Qeyd edək ki, hazırda dünyada sərnişin daşımaları həyata keçirən seriyalı elektrik təyyarələri mövcud deyil, lakin belə hava gəmilərinin yaradılması üzərində bir sıra iri və kiçik şirkətlər çalışır. Sahənin inkişafı üçün əsas maneə müasir litium akkumulyatorlarının nisbətən zəif tutuma malik olması hesab edilir.

“JAXA” Yaponiyanın kosmik və aviasiya proqramına məsul dövlət agentliyidir. Agentlik 1 oktyabr 2003-cü ildə üç müstəqil təşkilatın birləşməsindən sonra təsis edilib. Hazırda “JAXA” Yerin süni peyklərini, avtomatik planetlərarası stansiyalar buraxmaq imkanına malikdir, həmçinin Beynəlxalq Kosmik Stansiya proqramında iştirak edir, pilotlu kosmonavtikanın yaradılmasını və Ayın kəşfini planlaşdırır.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL