waplog

“Gartner”: “Ötən il dünya mikroelektronika bazarının həcmi 21,6 faiz artıb”


2017-ci ildə dünyada mikroelektronika komponentlərinin satış həcmi 2016-cı illə müqayisədə 21,6 faiz artaraq 420,4 milyard dollara çatıb, “Samsung Electronics” şirkəti isə son 25 ildə ilk dəfə olaraq “Intel”i mikroelektronika istehsalçıları arasında birinci yerdən sıxışdırıb. Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, şirkət analitiklərinin fikrincə, lakin “Samsung” liderliyi uzun müddət əldə saxlaya bilməyəcək. Şirkətin uğuru, eləcə də mikroelektronika bazarının artımı ümumilikdə qiymətlərin xeyli bahalaşmasına səbəb olan “DRAM” və “NAND” yaddaş modullarının çatışmazlığı ilə izah edilir.

Dünyada yaddaş mikrosxemlərinin satış həcmi pul ifadəsində 61,8 faiz artaraq 130 milyard dollar təşkil edib. Bunun təxminən 20 milyard dolları “Samsung” şirkətinin payına düşüb. Analitiklərin qənaətinə görə, 2019-cu ilin ikinci yarısında yaddaş mikrosxemləri bazarında qiymətlər ucuzlaşacaq və “Samsung” birinciliyi əldən verəcək.

Ötən il digər mikroelektronika komponentlərinin satışında 9,3 faiz artım qeydə alınıb. Geniş profilli əksər aparıcı istehsalçılar – “Texas Instruments”, “STMicroelectronics”, “Infineon” və s. avtomobil və sənaye avadanlıqları üçün mikrosxemlərin satışını xeyli artırıb.

Ötən il şirkətlərin birləşməsi və satışı 2016-cı illə müqayisədə zəif olub, lakin mikroelektronika sahəsində sazişlərin miqyasları artmaqda davam edir. “Qualcomm” tərəfindən “NXP Semiconductors” şirkətinin 44 milyard dollara satın alınması üzrə saziş tezliklə 2016-cı ildə “Broadcom” şirkətini 37 milyard dollara alan “Avago”un imza atdığı rekordu qıracaq.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL