waplog

Yeni əlavə reallıq eynəyi təqdim olunub


“Magic Leap” şirkəti yeni əlavə reallıq eynəyi prototipini nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, əlavə reallıq texnologiyasında ixtisaslaşan “Magic Leap” startapı “Google” və “Alibaba” kimi texnoloji nəhənglər tərəfindən dəstəklənir. Yeni qurğu eynək, hesablama platforması və interfeysin idarəetməsi üzrə kontrollerdən ibarətdir.  

Eynək işıq sahəsinin fotonu tərəfindən rəqəmli işığın müxtəlif dərinlik və kəskinliklə generasiya olunduğu “Digital Lightfield” texnologiyasından istifadə edir. Bu işığın təbii işıqla qarışması nəticəsində real dünya ilə uyuşan rəqəmli obyektlər yaranır. Eynək, həmçinin, xüsusi ötürücülər, 6 kamera və 4 mikrofon ilə təchiz edilib.  

Sistem ötürücüləri kontroller olmadan gözlərin, baş və əllərin hərəkətlərini izləyir.

Yayın sonunadək ABŞ-da satışa çıxarılacaq eynəyin qiyməti barədə məlumat verilmir.

Nizam Nuriyev
 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL