Dünyanın ən böyük radioteleskopu istifadəyə verilib
Cənubi Afrikada dünyanın ən böyük "MeerKAT" radioteleskopu rəsmən istifadəyə verilib.
"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, rəsmi açılışda Cənubi Afrikanın vitse-prezidenti Devid Mabuza iştirak edib.
Məlumata görə, unikal elmi kompleks Karu səhrasında (Şimali Keyp əyaləti) Karnarvon şəhərciyi yaxınlığında yerləşir. "MeerKAT" 12-18 metr diametrli 64 antenaya malikdir.
"MeerKAT" dünyada ilk "Square Kilometer Array" (SKA) instrumental astronomik layihəsinin ilk mərhələsidir.
"MeerKAT" radioteleskopunun ümumi dəyəri 2,1 milyard dollara bərabər beynəlxalq "SKA" layihəsində payı 25 faiz təşkil edir. "SKA" konsorsiumuna 10 ölkə daxildir: Kanada, Çin, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, İsveç, Cənubi Afrika, Yeni Zelandiya və Avstraliya.
Bildirilir ki, layihənin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. Yaradılan konstruksiyanın həssaslığı o qədər yüksəkdir ki, 15 parsek (təxminən 49 işıq ili) məsafədən gələn siqnalı qeydə almağa imkan verəcək. Üç minə yaxın antena superkompüterlər vasitəsilə şəbəkədə birləşərək vahid virtual antena – 1 kv.km sahəsində "boşqab" yaradacaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL