“Gartner”: “Bu il süni intellekt biznesə 1,2 trilyon dollar qazandıracaq”
“Gartner” analitik şirkəti 2018-ci ildə dünyada süni intellekt texnologiyaları ilə əlaqədar biznesin birbaşa və dolayı gəlirlərinin 1,2 trilyon dollaradək artacağını proqnozlaşdırır. Bu, 2017-ci ildən 70 faiz çoxdur.
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, 2022-ci ilədək onların həcminin 3,9 trilyon dollaradək artacağı gözlənilir. Analitiklər üç gəlir mənbəyini nəzərə alırlar: müştərilərlə münasibətin keyfiyyətinin birbaşa olmayan gəlirlərə müsbət və ya mənfi təsiri ilə əlaqədar dolayı gəlirlər, mövcud məhsul və xidmətlərin satışının birbaşa artırılması və ya yenilərinin yaradılması, eləcə də istehsal və bu məhsul və xidmətlərin çatdırılması üçün xərclərin azaldılması.
Bildirilir ki, bu məbləğin 36 faizi qərarların qəbulu üçün dəstək vasitələrinin – dərin neyron şəbəkələr və məlumatların tədqiqi və şablonların tanınması üçün digər texnologiyaların payına düşür. 2022-ci ilədək onların payının 44 faizədək yüksələcəyi proqnozlaşdırılır.
Müştərilərin asan sorğularını emal edən virtual agentlərin bu il gəlirlərdə payı 46 faiz təşkil edəcək, lakin 2022-ci ilədək payın 26 faizədək azalacağı və onları digər texnologiyaların geridə qoyacağı gözlənilir.
Nitqin mətnə və əksinə çevrilməsi, əlyazma mətninin və digər oxşar işlərin emalı üçün istifadə edilən avtomatlaşdırılmış həll sistemlərinin hazırda gəlirlərdə payı 2 faiz olsa da, 2022-ci ilədək 16 faizədək artacağı ehtimal edilir.
İntellektual məhsulların gəlirlərdə payı 18 faizə bərabərdir, 2022-ci ilədək isə 14 faizədək azalacağı proqnozlaşdırılır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL