“YouTube” müəllif hüquqlarını pozmuş videoları axtaran funksiya istifadəyə verib
“YouTube” videohostinq platforması tərəfindən istifadəyə verilmiş “Copyright Match” aləti müəllif hüquqlarını pozan videoçarxların axtarışı üçün nəzərdə tutulub.
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, videonun müəllifi öz çarxını alətə yükləyə bilər, həmin alət isə informasiyanı skan edərək sizin videoya oxşar məzmunu göstərəcək. Bundan sonra, sadəcə, xidmətin komandasına şikayət etmək qalır.
Bu xidmət yenidən yüklənmiş (yəni oğurlanmış) videolarla mübarizə aparmaq üçün hazırlanıb. İstifadəçilər “YouTube”dan videonu silməyi tələb edə, həmçinin videonu yükləmiş şəxslə birbaşa əlaqə yarada bilərlər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL