“LG” şirkəti iflas edir
Bazar analitikləri “LG” şirkətinin telefon biznesindən imtina edə biləcəyini istisna etmirlər. “Reuters” xəbər agentliyi bildirib ki, 2011-ci ilin üçüncü rübündə Koreya şirkətinin mobil qurğular bölməsinin zərəri 124 milyon dollar olub. Bu göstərici keçən rübün nəticəsini 2 dəfə ötür. Telefon bölməsi son 1 ilyarım ərzində ardıcıl olaraq zərərə məruz qalır.
İyul – sentyabr ayları ərzində “LG” şirkəti cəmi 21,1 milyon telefon satıb. Bu göstərici aprel – iyun aylarının nəticəsindən 3.7 milyon azdır.
“LG” şirkətinin xalis zərəri 367 milyon dollar təşkil edib. Mədaxil 4% azalaraq 11.4 milyard dollar olub. “LG” şirkətinin əməliyyat zərəri 1 il ərzində 163 milyon dollardan 28 milyon dollara kimi azalıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL