waplog

Britaniyada ilk kosmodrom Şotlandiyada tikiləcək


Böyük Britaniya ərazisində ilk kosmodrom 2020-ci ildə inşa olunacaq. Tikinti meydançası kimi Şotlandiyanın Amhoyn yarımadası seçilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta www.belta.by” resursuna istinadən yazır ki, kosmodromun Dunrey nüvə poliqonunun 56 kilometrliyində Saterlend qraflığında inşası planlaşdırılır. Meydança kiçik peyklərin Yer səthinin müşahidəsi, eləcə də elmi maraq kəsb edən digər məlumatların toplanılması məqsədilə qütb orbitinə buraxılması üçün istifadə ediləcək.

Məlumata görə, obyektin tikintisi ilə Şotlandiyanın “Highlands and Islands Enterprise” (HIE) müəssisəsi məşğul olacaq. Artıq bu məqsədlə Britaniya Kosmik Agentliyi tərəfindən müəssisəyə 3,3 milyon dollar ayrılıb. Layihə üzərində, həmçinin, Böyük Britaniya hökumətinin 31 milyon dollar məbləğində qrant təqdim edəcəyi ABŞ-ın aerokosmik nəhəngi “Lockheed Martin” çalışacaq. Ümumilikdə hökumət tərəfindən kosmodromun inşası üçün 44,3 milyon dolların ayrılması nəzərdə tutulur.

Amhoyn yarımadasında əhalinin az məskunlaşdığı yerdə kosmodrom Birləşmiş Krallıq ərazisində ilk oxşar tikili olacaq. Şotlandiyanın şimal hissəsi belə məqsədlər üçün ideal yer hesab olunur: buraxılış uğursuz olacağı təqdirdə raketlər yaşayış məntəqələri üzərinə düşməyəcək.  

Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL