waplog

Robot bağban otaq bitkilərinə qulluq etməkdə kömək edir


“Vincross” şirkəti tərəfindən yaradılmış robot bağban otaq bitkilərinə qulluq edir.

“ICTnews” Elektron Xəbər Xidməti naukatv.ru saytına istinadən yazır ki, yeni robot kiçik kraba oxşar “Hexa” robotunun təkmilləşdirilmiş versiyasıdır. Günəş işığından məhrum olan və susuzluqdan tələf olan otaq bitkisi istehsalçını bu robotu yaratmağa sövq edib. Sözügedən robot bitkilərə hərəkət etməyə və əlverişli şəraitə malik yerlər tapmağa imkan verir.

Təkmilləşdirilmiş robot bitkinin ehtiyaclarına uyğun olaraq onu gün işığı düşən tərəfə apara və ya kölgədə saxlaya bilər. Robot bağban, həmçinin bitkini sulamaq lazım gəldikdə “ayaqlarını” yerə vurur, bitki özünü xoşbəxt hiss etdikdə isə rəqs edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL