“Microsoft”un növbəti qurbanı
Görünür ki, “Microsoft” korporasiyasının növbəti "qurbanı" “LG” şirkəti olacaq. “The Korea Herald” bildirib ki, noyabr ayında Koreya korporasiyası dünyanın ən böyük proqram təminatı istehsalçısı ilə razılaşma imzalamağı planlaşdırır. Güman edilir ki, “LG” şirkəti hər “Android” smartfonu üçün 3 dollar dəyərində lisenziya ödənişi edəcək.
Hazırda “Microsoft” korporasiyası “Android” mobil əməliyyat sistemi ilə işləyən qurğuların bütün istehsalçılarının təxminən yarısı ilə kross-patent lisenziya haqqında razılaşma imzalayıb. “HTC” şirkətindən hər belə aparata görə 5 dollar alınır, “Samsung” şirkətinin isə nisbətən az ödəniş etdiyi iddia edilir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL