Gələcəyin smartfonları üçün 8 QB-lıq yaddaş çipi təqdim edilib
"Samsung" şirkəti beşinci nəsil mobil şəbəkə və süni intellekt proqramları daxilində işləmək üçün optimallaşdırılmış 8 QB-lıq LPDDR5 əməli yaddaş modulunu təqdim edib. İstehsalçının saytında yazılıb ki, yeni çipdə məlumatların ötürülmə sürəti hazırda istifadə edilən "LPDDR4X" ilə müqayisədə 1,5 dəfə, enerji effektivliyi isə 30% çoxdur.
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, "Samsung"un yeni həlli yalnız smartfonların sürətli işləməsini deyil, həm də uzun müddət işləməsini təmin edəcək. Məlumatların ötürülmə sürəti 6400 Mbit/s-yə bərabərdir, "LPDDR4X" çipində bu göstərici 4266 Mbit/s təşkil edir. Yeni yaddaş çipi 51 QB tutumunda informasiyanı 1 saniyə müddətində ötürə bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL