waplog

İnsan həyatına son qoyan alqoritmlərin hazırlanması qadağan ediləcək


İyulun 13-19-da Stokholmda (İsveç) süni intellektə həsr edilən “International Joint Conference on Artificial Intelligence” beynəlxalq konfransı keçirilir. Konfrans zamanı “Future of Life Institute” qeyri-kommersiya təşkilatı tərəfindən ölümlə nəticələnən alqoritmlərin istehsalının qadağan edilməsi haqqında saziş tərtib olunub. Sənədi imzalayan şəxslər arasında “DeepMind” şirkətinin təsisçisi Demis Hassabis, sahibkar İlon Mask, proqramçı və “Skype” təsisçisi Jaan Tallin yer alıb. Sənədə ümumilikdə 164 təşkilat və 2410 nəfər imza atıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science.www.naked-science.ru” resursuna istinadən yazır ki, sazişə görə, süni intellektdən istifadə edən silah sistemləri bəşəriyyət üçün 2 – mənəvi və praqmatik təhlükə törədir. Mənəvi baxımdan insan həyatının sona çatması ilə bağlı qərarlar kompüterlər tərəfindən qəbul edilməməlidir. Praqmatik təhlükə ondan ibarətdir ki, insanın müdaxiləsi olmadan obyekti müstəqil seçən və ona tuşlanan ölümcül avtomatik silah hər bir ölkə və fərd üçün təhlükəlidir.
 
Sənədi imzalayan Massaçusets Texnologiya İnstitutunun fizika professoru Maks Teqmark bildirib ki, saziş süni intellekt sahəsində liderlərin əməli işə keçməsinin göstəricisidir. Onun sözlərinə görə, saziş siyasətçilərin hakimiyyətə malik olmadıqları sahədə - texnologiyaların hazırlanması sahəsində qadağanın tətbiqini nəzərdə tutur. Professorun fikrincə, alqoritmlərlə təchiz edilən silah da bioloji silah kimi iyrəncdir və buna görə ciddi tənzimlənməlidir.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL