Virtual reallıq qurğuları üçün standart təsdiq edilib
"Microsoft", "Nvidia", "Oculus", "AMD" və "Valve" şirkətləri virtual reallıq qurğuları üçün "VirtualLink" adlı standartı müəyyənləşdiriblər. Tərtibatçılar qarnituru bir kabel – "USB Type-C" vasitəsilə qoşmağı təklif edirlər.
"ICTnews" Elektron Xəbər Xidməti "Life www.life.ru" resursuna istinadən yazır ki, standartın təsvirində deyilir ki, "USB" kabeli 27 vatt gücü təmin edəcək və yeni nəsil qurğuların yaranmasına şərait yaradacaq. "VirtualLink" standartının buraxılış qabiliyyəti oyunda yaxşı təəssüratı təmin edəcək.
Standartın yaradılması ondan xəbər verir ki, virtual reallıq bazarının aparıcı oyunçuları hələ simsiz virtual reallıq qarniturlarının istehsalına başlamaq niyyətində deyillər.
Hazırda tərtibatçılar tərəfindən bazarın gələcək inkişafı ilə bağlı fikirlərin razılaşdırılması davam etdirilir.
Qeyd edək ki, virtual reallıq texnologiyasının məqsədi insanlar üçün real dünyaya yaxın maksimum şərait yaratmaqdan ibarətdir. Proqnozlara görə, 2020-ci ilədək virtual sistemlərinin inkişafı daha da güclənəcək. Getdikcə daha çox virtual reallıq qulaqcıqları və kaskaları yaradılacaq, onların qiyməti isə ucuzlaşacaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL