waplog

Çində süni intellektli sualtı qayıqların istehsalına başlanılıb


Çində süni intellektlə təchiz edilən iri və nisbətən ucuz başa gələn “XLUUV” avtonom sualtı qayıqlarının istehsalına başlanılıb. Sualtı qayıqlar geniş spektrli tapşırıqların yerinə yetirilməsi, o cümlədən kəşfiyyat, minalama və düşmən gəmilərinin taranı üçün nəzərdə tutulacaq.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, robotlaşdırılmış qayıqların 2020-ci ildən sonra istifadəyə veriləcəyi gözlənilir. Gəmilər insanlar tərəfindən idarə edilən adi sualtı qayıqları əvəz etməyəcək, lakin çinlilər onların vasitəsilə İkinci Dünya müharibəsindən sonra Qərb dövlətləri tərəfindən ələ keçirilən mövqelərə etiraz etməyi planlaşdırırlar. Mütəxəssislərin sözlərinə görə, yeni sinifli sualtı qayıqlar Cənub Çin dənizində və Sakit okeanın qərb hissəsində ABŞ hərbi gəmilərinin qarşısında duracaqlar.
 
Mütəxəssislər qeyd edir ki, süni intellekt gəmilərə döyüş tapşırıqlarını müstəqil həll etməyə imkan verəcək, lakin bu, tam avtonomluq kimi başa düşülməməlidir. Robotlar öz işini 039 tipli dizel-elektrik sualtı qayıqlar kimi pilotlu sistemlərlə koordinasiya edəcəklər, son qərarlar isə insanlar tərəfindən qəbul olunacaq.
 
 
Mövcud avtonom sualtı aparat modellərinin (unmanned underwater vehicles, UUV) hərəkət imkanları məhduddur. Kiçik ölçüyə malik olan modellərin quraşdırılması üçün digər gəmi və ya qayıqlar tələb olunur. Yeni qayıqların ölçüsü adi gəmilərə uyğundur, onların bölmələri isə torpeda və ya raketlərin yerləşdirilməsi üçün yetərincə böyükdür. Onlar, həmçinin dizel-elektrik mühərriklərlə təchiz ediləcək, lakin aparatın iş qabiliyyətini bir neçə ay ərzində saxlayan alternativ enerji mənbələri də mümkündür.
  
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL