Aeroportlarda mayelərin daşınması qaydalarını sadələşdirəcək “3D” skanerlərin sınağı keçirilir
Londonun “Hitrou” aeroportunda sərnişinlərə mayeləri əl baqajından çıxarmamağa imkan verəcək üçölçülü skanerlərin testi aparılır.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta www.belta.by” resursuna istinadən yazır ki, eksperiment çərçivəsində hava limanında kompüter tomoqrafiyası prinsipi ilə işləyən “3D” skanerlər quraşdırılıb. Onların şüaları baqajın içindəki əşyaların təsvirini dəqiqliklə müəyyənləşdirir, eləcə də partlayıcı maddələri aşkarlayır.
Böyük Britaniya Nəqliyyat Nazirliyinin məlumatına görə, texnologiyanın 6-12 ay ərzində sınağı planlaşdırılır. Lakin təhlükəsizlik xidmətinin əməkdaşları hər an qüvvədə olan qaydalara əməl etməyi tələb etmək səlahiyyətinə malikdirlər. Eksperimentin uğurlu olacağı təqdirdə gələcəkdə sərnişinlər tərəfindən yoxlanış üçün şəxsi əşyaların çantalardan çıxarılaraq təqdim edilməsinə ehtiyac qalmayacaq.
Mövcud qaydalara görə, 1 litr həcmli şəffaf möhürlü paketdə qablaşdırılan mayenin tutumu 100 milli-litr həcmindən çox olmamalıdır. Ekspertlərin fikrincə, “3D” skanerlər mayelərin daşınması qaydalarını sadələşdirəcək.
Analoji skanerlərin Nyu-Yorkun Kennedi adına aeroportunda, habelə Cenevrə və Amsterdam hava limanlarında sınaqları keçirilir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL