waplog

Bütün mobil qurğular üçün universal USB kabel təqdim olunub


Çinin “Xiaomi” şirkəti tərəfindən təqdim edilmiş USB kabel mobil bazarda olan bütün smartfon və planşetlər üçün uyğun gəlir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ilenta.com” saytına istinadən yazır ki, “Xiaomi” şirkətinin istehsalı olan universal kabelin bir tərəfi “Micro-USB”, “USB-C” və “Lightning” konnektorlarına malikdir, digər tərəfi isə USB-dir. Aksessuar “Android” sisteminin idarəetməsi altında işləyən cihazların bir çoxunu və “iPhone 5”-dən başlayaraq “iPhone” smartfonlarını enerji ilə doldura bilər.
 
Kabelin uzunluğu 1 metr təşkil edir. Bu kabellə “Apple” şirkətinin istehsalı olan smartfonları enerji ilə doldurmaq mümkündür, çünki “Xiaomi”nin universal USB kabeli “Apple MFi” sertifikatını alıb.
 
Kabelin qiyməti 9 dollardır.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL