waplog

“HP” serverləri “ARM” çiplər əsasında istehsal etməyi planlaşdırır?


“Hewlett-Packard” korporasiyası satışa “ARM” çiplər əsasında olan serverlər çıxarmağı planlaşdırır.

Nəşrdə qeyd edilib ki, “Hewlett-Packard” korporasiyası qismən Britaniyanın mobil prosessor istehsalçısı “ARM Holdings”-ə məxsus olan Texasın “Calxed” şirkəti ilə birlikdə çiplərin hazırlanması ilə məşğul olur.

“HP”-nin bu addımı “ARM” və “İntel” şirkətləri arasındakı rəqabəti əhəmiyyətli dərəcədə kəskinləşdirə bilər. Məlum olduğu kimi, “İntel” serverlər (saytların və korporativ şəbəkələrin işini təmin edən güclü kompyuterlər) üçün nəzərdə tutulmuş prosessorların 90%-ni istehsal edir. “ARM” şirkəti, həmçinin server çipləri seqmentinə daxil olmağa çalışır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL