Uzun müddət işləyə bilən üzvi batareya hazırlanıb
Alimlər tərəfindən nümayiş etdirilmiş yeni üzvi molekul əsasında uzun müddət işləyə bilən yüksək səmərəli üzvi batareya hazırlamaq mümkündür.
"ICTnews" Elektron Xəbər Xidməti "naukatv.ru" saytına istinadən yazır ki, mütəxəssislər qeyd edirlər ki, gələcəkdə ekoloji təmiz enerji mənbələri hazırda atmosferi çirkləndirən mədən yanacağını əvəz etmək üçün istifadə olunmalıdır. Günəş və küləkdən əldə olunan enerji lazım olan enerjini tam təmin edə bilər, lakin bu enerjini haradasa saxlamaq lazımdır. Üzvi akkumulyatorlar litium-ion batareyaları və vanadiumlu akkumulyatora malik batareyalarla müqayisədə daha təhlükəsiz və ucuz alternativ hesab edilir.
İstehsalçıların sözlərinə görə, yeni araşdırma üzvi maddələrin potensialını nümayiş etdirir və üzvi molekulların bahalı vanadiumlu batareyalara nisbətdə uzunmüddətli və qənaətcil alternativ olduğunu göstərir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL