waplog

Blokçeyn sahəsində xərclər sürətlə artır


"International Data Corporation" (IDC) analitik şirkəti 2022-ci ilədək olan dövr üçün dünya blokçeyn həllər bazarı üzrə proqnoz təqdim edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Servernews www.servernews.ru" resursuna istinadən yazır ki, məlumata görə, bu il blokçeyn sahəsində xərclərin həcmi 1,5 milyard dollara çatacaq. Proqnoz özünü doğruldacağı təqdirdə bazar ötən illə müqayisədə ikiqat artım nümayiş etdirəcək.
 
2018-ci ildə maliyyə sektorunun ümumi xərclərin həcmində payı təxminən 552 milyon dollar təşkil edəcək. Distribusiya və servislər seqmentinin payı isə 379 milyon dollara bərabər olacaq. İstehsalın töhfəsi 334 milyon dollar səviyyəsində proqnozlaşdırılır. "IDC" mütəxəssislərinin fikrincə, 2022-ci ilədək mürəkkəb faizlərdə ortaillik artım tempi (CAGR göstəricisi) 73,2 faiz təşkil edəcək. Nəticədə hesabat dövründə blokçeyn sahəsində xərclər 11,7 milyard dollara yüksələcək.
 
Qeyd edək ki, məlumat bazalarının təşkili sistemi olan blokçeyndən virtual valyutalarla aparılan əməliyyatlar barədə informasiyanın saxlanılması üçün istifadə olunur. Texnologiya, həmçinin bank fəaliyyətində tətbiq edilə bilər. Kriptotexnologiya böyük əməliyyatların aparılması üçün vaxta xeyli qənaət etməyə imkan verir.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL