waplog

“Facebook”: klassik axtarış sistemlərinin dövrü sona çatır


“Facebook” sosial şəbəkəsinin mütəxəssislərinin fikrincə, qlobal şəbəkənin “sosiallaşma” dövründə klassik axtarış sistemləri tədricən bazarı tərk edib, yerlərini mükəmməl sosial proyektlərə verəcəklər. Bu fikrin müəlliflərindən biri də “Facebook Platform” proyektinin rəhbəri İtan Bearddı.

Onun fikrincə, axtarış sistemlərinin işi təkcə istifadəçilərə müxtəlif veb-resursların quru mənbələrini təqdim etməkdən ibarət deyil. Axtarış zamanı, əgər daxil olan sorğu hər hansı bir xidmət və ya məhsul ilə bağlıdırsa, axtarış pəncərəsində istifadəçilərin şərhləri də öz əksini tapmalıdır. Sorğunun cavabları mənfi rəylər aldıqda isə, şərhin müəlliflərinin təklif etdikləri mənbələr də həmin sorğunun cavabları sırasında yerləşdirilməlidir.

Mütəxəssisin fikrincə, bu yanaşma tərzi müasir internetdə axtarış sistemlərinin təqdim etdikləri məlumatların keyfiyyətinə müsbət təsir edəcək.

O, həmçinin əlavə edib ki, “Facebook” müasir axtarış serverləri ilə işləməyə hazırdı. Hazırda sosial şəbəkə “Microsoft Bing” və “Yahoo” ilə əməkdaşlıq edir. “Facebook”un əsas rəqibi internet nəhəngi “Google” şirkəti isə hələ ki bu proyektə qoşulmayıb.

www.rabita.az

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL