Bakıda 15 ədəd yeni elektron ATS tikiləcək
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakının ətraf kənd və qəsəbələrində yaşayan sakinlərin telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə 15 elektron ATS binasını tikməyi planlaşdırır.
Bu barədə ICTnews-ə məlumat verən birliyin baş direktor müavini Xankişi Kişiyev bildirib ki, bu işlərlə yanaşı, Qaradağ, Xəzər, Sabunçu, Suraxanı, Binəqədi rayonlarının kənd və qəsəbələrində mövcud olan bütün stansiyaların yeni nəsil NGN stansiyaları ilə əvəzlənməsi planlaşdırılır.
Eyni zamanda xətt şəbəkəsinin müasirləşdirilməsi ilə sakinlərin telefon rabitəsi ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadə etməsinə şərait yaranacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL