waplog

Avropada ilk dəfə bu aeroportda sifətin tanınması sistemi tətbiq ediləcək


Oslo aeroportunda Fransanın “IDEMIA” şirkəti tərəfindən hazırlanmış “MorphoFace” adlı sifətin tanınması sistemi tətbiq edilib. Sözügedən sistem avtomatlaşdırılmış sərhəd nəzarət-buraxılış məntəqələri avadanlığının bir hissəsi olub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ixbt.com” saytına istinadən yazır ki, bundan əvvəl “MorphoFace” sistemi Yeni Zelandiya və Sinqapurun Çanqi aeroportunun yeni “T4” terminalında uğurla tətbiq edilib. Sistem sözügedən aeroportlarda reysləri avtomatik qeydə almağa xidmət edir. Avropada ilk dəfə Oslo aeroportu “MorphoFace” adlı sifətin tanınması sistemi ilə təchiz edilib.
 
Yeni sistem Oslo aeroportunda sərhəd nəzarət məntəqələrinin buraxılış qabiliyyətini artıraraq köhnə infrastrukturu əvəz edəcək.
 
“IDEMIA” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış texnologiya hərəkətdə olan sifətin təsvirini ələ keçirərək onu tanıyır.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL