waplog

Süni intellekt digər kompüterləri “anlayacaq”


Alimlər digər kompüterləri "başa düşən" və onların hərəkətlərini proqnozlaşdıran süni intellekt yaradıblar.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, "DeepMind" şirkəti tərəfindən hazırlanan "ToMnet" layihəsi öz adında süni intellektin əsas iş prinsipi – "İdrak nəzəriyyəsi"ni (Theory of Mind) birləşdirir. Süni intellekt 3 neyron şəbəkədən ibarətdir. Birinci şəbəkə digər süni intellektlərin əvvəlki hərəkətləri əsasında onların davranış modelini öyrənir. İkincisi onların hazırkı "inam" anlayışını tərtib edir. Üçüncüsü digər 2 şəbəkənin məlumatlarından istifadə edir və süni intellektin növbəti addımlarını proqnozlaşdırır.
 
Eksperiment zamanı "ToMnet" 3 kompüter personajının rəngli qutular yığaraq xal topladığı virtual otağı müşahidə edib. Birincisi yalnız divarların yaxınlığında hərəkət edərək bütün otağı görə bilməyib; ikincisi dərhal etdiyini unudub və yalnız ona yaxın qutulara gedib çatıb; üçüncüsü ilk ikisinin edə bilmədiyinin hamısını edib. Üç süni intellekt personajının hərəkətlərini təhlil edən "ToMnet" onları tanımağı və sonrakı hərəkətlərini proqnozlaşdırmağı öyrənib.
 
Mütəxəssislər qeyd edir ki, inkişaf etməkdə olan kompüter sosiallaşması həm onların bir-biri, həm də insanlarla münasibətini yaxşılaşdıracaq. Kompüterlərin hətta aldatmağı öyrənərək yalan inamı başa düşə biləcəyi ehtimal olunur.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL