Fransada məktəb və kolleclərdə smartfon və noutbuklardan istifadə qadağan edilib
Fransa parlamenti tərəfindən qəbul edilmiş qanun məktəb və kolleclərdə müəyyən elektron qurğuların istifadəsini qadağan edir. 62 deputat qanun layihəsinin lehinə, 1 deputat isə əleyhinə səs verib.
“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, yeni qanun təhsil müəssisələrində smartfon, planşet, noutbuk və hətta “ağıllı” saat daxil olmaqla istənilən elektron qurğudan istifadəni qadağan edir. Lakin əlil uşaqlar üçün elektron cihazlardan istifadəyə dair istisnalar nəzərdə tutulub. Qanun, həmçinin təhsillə bağlı, amma açıq havada keçirilən tədbirlərdə (məsələn, idman tədbirləri) elektron qurğulardan istifadəni qadağan edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL