Yeni paraşüt qutusu planetin ucqar yerlərinə yüklər çatdıracaq
Almaniyanın “Wings for Aid” şirkəti və Aerokosmik Mərkəzi (DLR) BMT mütəxəssisləri ilə birlikdə Yer kürəsinin ucqar yerlərinə ərzaq və dərmanların çatdırılması üçün eksperimental paraşüt qutusunun ilk sınaqlarını keçiriblər.
“ICTnews” Elektron Xəbər Xidməti “Rusargument www.rusargument.ru” resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, birdəfəlik olan qutunun istehsalı ucuz başa gəlir, onun çatdırılması isə xüsusi pilotsuz uçan aparat vasitəsilə həyata keçirilir.
Məlumata görə, dron qutunu düşürdükdən sonra onun yan tərəfləri açılır. Bu, qutunun enmə sürətini zəiflətməyə və onun içindəkilərin təhlükəsizliyini qorumağa imkan verir. Bundan başqa, qutunun tam parçalanan biomaterialdan ibarət olması ətraf mühit üçün ziyanı minimuma endirir.
Çatdırılması “SuperARTIS” dronu tərəfindən həyata keçirilən qutunun Dominikan Respublikasında keçirilən ilk sınaqları uğurlu olub: altı uçuşa 120 kq yemək çatdırılıb və içindəkilər zədələnməyib.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL