waplog

“Huawei” dünyada smartfon satışının həcminə görə “Apple”ı qabaqlayıb


"Canalys" analitik firmasının məlumatına görə, Çinin "Huawei Technologies" şirkəti 2018-ci ilin ikinci rübündə smartfonların satış həcminə görə "Apple"ı geridə qoyaraq ikinci olub.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, cari ilin ikinci rübündə "Huawei" şirkəti 54 milyon telefon satıb ki, bu da ötən illə müqayisədə 41% daha yüksək göstəricidir. Şirkət "Huawei P20" adlı qabaqcıl smartfonunun populyarlığı sayəsində belə nəticə əldə edib.
 
Digər səbəb kimi şirkətin strategiyasında edilmiş dəyişiklik, xarici bazarlara çıxışı qeyd etmək olar.
 
2018-ci ilin ikinci rübündə "Samsung Electronics" şirkəti 73 milyon telefon satıb ki, bu da 2017-ci illə müqayisədə 8% azdır. "Apple" ikinci rübdə 41 milyon smartfon sataraq reytinqdə üçüncü yeri tutub.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL