waplog

Çində rəngli süni elektron dəri hazırlanıb


Çinli alimlər qrafen materialı əsasında sağlamlıq vəziyyətinin monitorinqi üçün daşınan elektron qurğu kimi işləyə bilən rəngli süni elektron dəri hazırlayıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti belta.by saytına istinadən yazır ki, "E-skin" adlandırılmış elektron dəridə insanın dərisini imitasiya edən, təzyiq, temperatur və dartılmanı hiss edə bilən nazik, elastik və uzadıla bilən elektron materialdan istifadə olunur.
 
Elektron dəri tənəffüs, ürək döyüntüsü və səs daxil olmaqla bədən siqnallarının ölçülməsi məqsədilə insan dərisi, həmçinin boğaza bərkidilə bilər.
 
Yeni həll yüksək həssaslıq və uzunmüddətli sabitlik nümayiş etdirir, yüksək temperatura davam gətirir.
 
Alimlər elektron dərinin səhiyyə və süni intellekt sahəsində tətbiq üçün böyük potensiala malik olmasına əmindirlər.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL