“Xiaomi” şirkəti qabaqcıl “Mi 8” smartfonunun təkmilləşdirilmiş versiyasını təqdim edib
Çinin elektronika nəhəngi 8 illiyi münasibətilə öz əsas smartfonunu yeniləyib.
"ICTnews" Elektron Xəbər Xidməti "life.ru" saytına istinadən yazır ki, "Xiaomi" şirkəti qabaqcıl "Mi 8" smartfonunun 8 QB-lıq əməli yaddaşa malik versiyasını təqdim edib. Daxili yaddaşın tutumu 128 QB təşkil edir.
Təkmilləşdirilmiş "Mi 8" smartfonu standart versiyadan başqa heç bir xüsusiyyəti ilə seçilmir.
31 may tarixində təqdim edilmiş "Mi 8" smartfonu "Snapdragon 845" prosessoru ilə təchiz edilib, displeyin diaqonalı 6,21 düym təşkil edir. Əsas özəlliyi sifətin 3D skaneridir, amma hələ ki avropalıların sifətini tanımır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL