waplog

Qrafen örtüklü ilk təyyarə nümayiş edilib


Mərkəzi Lankaşir Universitetinin (UCLan) mühəndisləri “Farnborough” aviasalonunda yeni pilotsuz uçan aparat təqdim ediblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Popmech www.popmech.ru” resursuna istinadən yazır ki, onların sözlərinə görə, bu, qrafen örtüklü dünyanın ilk təyyarəsidir.
 
Eni 3,5 metr təşkil edən aparat “Juno” adlanır: onun füzelyajı qrafenlə örtülüb. Bundan başqa, təyyarə qrafen batareyalarla təchiz edilib və üçölçülü printerdə çap edilən detallara malikdir.
 
Möhkəm material olan qrafen füzelyajın digər materiallarına davamlılıq əlavə etməyə imkan verir. Beləliklə, digər materialların az istifadə olunması aparatın kütləsini azaltmağa kömək edir. Bundan əlavə, qrafenin istilikkeçirmə qabiliyyəti sayəsində füzelyaj daha az buz bağlayacaq, materialın elektrik ötürücülüyü isə ildırım düşməsi zamanı zərbənin enerjisini füzelyajın bütün səthi boyunca yaymağa imkan verəcək.  
 
Yaxın iki ay ərzində mütəxəssislər tərəfindən aparatın ilk uçuşlarının və növbəti testlərinin keçirilməsi planlaşdırılır.
 
Qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrikötürmə, davamlılıq və elastiklik kimi xüsusiyyətlərə malik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektronika qurğularında tətbiqinə böyük perspektivlər vəd edir.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL