“Nokia” elastik smartfon prototipini təqdim edib (VIDEO)
“Nokia World 2011” sərgisi “2 WP” smartfonu və 4 telefonun təqdimatı ilə bitməyib. Fin şirkəti, həmçinin elastik ekran və korpusla olan mobil qurğu prototipini təqdim edib,- “CNET” yazıb.
Onu, əlbəttə ki, kağız vərəqi kimi boruya bükmək olmaz, lakin “Nokia” şirkəti smartfon ilə qarşılıqlı təsirin tamamilə yeni üsulunu təklif edib.
“Nokia Kinetic” smartfonunu idarə etmək qurğunun korpusunu əymək və yenidən düzəltmək lazımdır. Bu halda şəkil qalereyası və musiqi pleyerini idarə etmək olar. “Nokia” nümayəndələri belə qurğunun bazara çıxacağı tarixi bildirməyiblər.