waplog

Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim edilib


Lüksemburq universitetinin alimləri tərəfindən yaradılmış “LuxAI”  startapı “QTrobot” adlı robot təqdim edib. Bu, autizm spektr pozğunluğundan əziyyət çəkən uşaqların müalicəsi məqsədilə hazırlanıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “nanonewsnet.ru” saytına istinadən yazır ki, autizmdən əziyyət çəkən insanlarda erkən yaşlardan sosial qarşılıqlı əlaqələrdə problemlər müşahidə olunur: əksər hallarda belə insanlar qapalı olur, çətinliklə yeni münasibətlər qurur və ünsiyyət saxlayırlar.
 
“LuxAI” startapının yaradıcıları belə hesab edirlər ki, ünsiyyət zamanı mütəxəssislərlə birgə robot-vasitəçidən istifadə edilməsi uşaqlara təlim və ünsiyyət zamanı psixoloji narahatçılıqdan xilas olmaqda kömək edə bilər. “QTrobot” söz, jest və üz ifadələrinin köməyi ilə ünsiyyət yaradır. Məsələn, robotun köməyi ilə uşağa emosiyaları tanımağı, ünsiyyət qurmağı və sadə tapşırıqları səmərəli yerinə yetirməyi öyrətmək mümkündür.
 
Sözügedən robot uzun müddətdir təqdim edilib, indi araşdırma vasitəsilə onun səmərəliliyi yoxlanılıb. Lüksemburq universitetinin alimləri autizmdən əziyyət çəkən 4-14 yaş aralığında 15 uşağın robot və həkimlə olan terapiya seansını müqayisə ediblər və məlum olub ki, uşaqlar robota daha çox diqqət yetirir: onlar robota orta hesabla iki dəfə daha çox baxıblar.



Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL