waplog

Süni intellektin geniş tətbiqi maliyyə kataklizmləri yarada bilər


Yaxın onillikdə kompüter təlimi alqoritmləri və bulud texnologiyaları maliyyə dünyasını dəyişdirəcək. Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən ekspertlər xəbərdarlıq ediblər ki, süni intellektin geniş tətbiqi qlobal maliyyə sisteminin sabitliyinə təhlükə yaradır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, süni intellekt istehlakçılara fayda verir: o, investisiya və başqa xidmətləri avtomatlaşdırır, həmçinin bəzi mürəkkəb məhsul və alətlərdən istifadəni asanlaşdıracaq. Eyni zamanda yüksək texnologiyalar süni intellekt alqoritmini ilk olaraq tətbiq edən bazar oyunçularına rəqiblərini geridə qoymağa imkan verməklə bazardakı balansı poza bilər.  Bu haqda onlarla maliyyəçi və sahə liderlərinin iştirakı ilə tərtib edilmiş hesabatda deyilir.
 
Digər bir təhlükə - kibertəhlükəsizlik məsələsidir. "Kompüter təliminin dinamikası bek-ofisin birləşməsi üçün güclü stimul yaradır – hesabatın əsas müəllifi, Dünya İqtisadi Forumu yanında  maliyyə xidmətləri layihəsində süni intellekt istiqamətinin rəhbəri Cessi Makuoters deyib. Birləşmiş dünya kibertəhlükəsizlik nöqteyi-nəzərindən daha zəifdir".
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL