waplog

Sony Ericsson” şirkəti tamamilə “Sony” korporasiyasının sərəncamına keçir


“Ericsson” şirkəti bu gün öz payının “Sony” korporasiyasına satışı üzrə sazişin bağlanması haqqında məlumat verib. “Sony Ericsson” 2001-ci ildə yaranıb; hal-hazırda partnyorların hər biri 50%-lik paya malikdirlər.

Şirkət üçüncü rübdə 9,5 milyon smartfon və mobil telefon satıb. Qeyd edək ki, 1 il əvvəl bu göstərici 10.4 milyon təşkil edib. “Xperia Android” smartfonların satışları 22 milyona çatıb. İsveç partnyorunun payını alan “Sony” korporasiyası mobil bazarda mövqeyini möhkəmləndirməyi hesablayır

. O, telefon biznesini planşet, fərdi kompyuter və portativ oyun konsolları istehsal edən bölmələri ilə daha sıx inteqrasiya etmək istəyir.

Bu, korporasiyaya “Apple” və “Samsung” ilə rəqabət aparmaq üçün daha yaxşı imkan yaradacaq. Sazişin dəyərinin 1,05 milyard avro təşkil edəcəyi bildirilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL