İlin ən yaxşı smartfonu məlum olub
Audio və videotexnika üzrə Avropa jurnalları Assosiasiyası (EISA) “Huawei P20 Pro” modelini 2018-ci ilin ən yaxşı smartfonu adlandırıb.
“ICTnews” Elektron Xəbər Xidməti ria.ru saytına istinadən yazır ki, ekspertlər sözügedən smartfonu bazarda təqdim edilmiş bütün modellər arasında "ən qabaqcıl, innovativ və texniki cəhətdən mükəmməl" adlandırıblar. “Leica” şirkətinin istehsalı olan intellektual tənzimləmə sisteminə malik üç qat kamera xüsusi diqqət çəkir.
Təşkilatın nümayəndələri, həmçinin ən yaxşı ucuz telefonun adını açıqlayıblar. Bu, “NOA Element N10” modeli olub.
EISA 19 ölkədən audio və videotexnika sahəsində 50-yə yaxın ixtisaslaşmış nəşri özündə birləşdirir. "EISA Awards" mükafatı hər il müstəqil ekspertlərin qərarı əsasında təqdim olunur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL