waplog

Çap edilmiş “Wi-Fi” datçiklər gündəlik əşyaları "ağıllı" qurğulara çevirir


Amerikalı mühəndislər tərəfindən hazırlanmış passiv (daxili enerji mənbəyi olmayan element) çap nişanlarını məişət əşyalarına birləşdirərək onları "ağıllı" internet qurğularına çevirmək mümkündür.
 
"ICTnews" Elektron Xəbər Xidməti "naukatv.ru" saytına istinadən yazır ki, öz akkumulyatoru olan avtonom datçiklər, həmçinin vaxtaşırı şarj edilməlidir. Yeni metal nişanlar mis folqadan hazırlanıb, nazik kağız altlıqlarda çap edilib və "Wi-Fi" siqnalları tezliyində işləyə bilir. Nişanlar "güzgü" kimi işləyir: "Wi-Fi" marşrutlayıcısından çıxan radiosiqnalları əks etdirir.
 
Nişanları insanların hər gün istifadə etdiyi əşyalara (məsələn, su butulkası, divar və ya qapı) bərkitmək olar. İstifadəçi ilə qarşılıqlı əlaqə zamanı bu obyektlər bu haqda "Wi-Fi" qurğunu məlumatlandıra bilər. Passiv nişanlar yalnız "Wi-Fi" tezlikləri diapazonu daxilində müəyyən siqnalların əks edilməsi üçün nəzərdə tutulub. Lakin alimlər materialın tipini və çap formasını dəyişdirməklə nişanları elə layihələşdirə bilərlər ki, onlar "Bluetooth", "LTE" siqnallarını və ya mobil siqnalları əks etdirsinlər. Nişanlar, həmçinin batareya, silisium çip və ya hər hansı diskret elektron komponentə malik deyil, buna görə baxım tələb etmirlər.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL