waplog

Keramika üçün ilk dördölçülü çap texnologiyası hazırlanıb


Honkonq (Çin) Şəhər Universitetinin tədqiqatçılar qrupu çapdan sonra mürəkkəb formalar alan dünyanın ilk dördölçülü keramika çap texnologiyasını hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, keramika yüksək ərimə temperaturuna malik olduğuna görə onun istehsalı üçün adi lazer çapından istifadə etmək çətinlik törədir. Üçölçülü keramika hazırlıqlarının formasını dəyişdirmək praktik olaraq qeyri-mümkündür ki, bu da həmçinin mürəkkəb formalı çap keramikasının istehsalına mane olur. Bu problemlərin aradan qaldırılması üçün Çin alimlər qrupu polimer oksid prekursorları və ya polimer və keramika nanohissəciklərinin qatışığını təşkil edən “keramik mürəkkəb” hazırlayıb. Mürəkkəbdən yaradılmış üçölçülü çap keramika detalları yumşaq alınır və uzadıla bilir. Bu elastik hazırlıqlardan oriqami prinsipi üzrə əmələ gələn mürəkkəb formalar yaratmaq mümkündür.  

Qeyd edək ki, “4D” çap texnologiyası əlavə vaxt elementini özündə birləşdirən adi üçölçülü çapdır: çap obyektləri formanı dəyişə və ya kənar təsir - temperatur və ya maqnit sahəsi nəticəsində çapdan sonra lazımi fiqurlar şəklində müstəqil cəmləşə bilir. Yeni tədqiqatda mühəndislər tərəfindən gərilmə sayəsində çap edilmiş altlıqda əmələ gələn enerjidən istifadə edilib. Gərilmiş keramika hazırlıqları müstəqil lazımi şəklə düşür, daha sonra termik işləmə onları möhkəm keramikaya çevirir.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL